Konfrans Liqası

“Qarabağ” onlara qırmızı örtüklü xüsusi yer ayırdı – FOTO

“Qarabağ” növbəti nəcib addımı ilə diqqət çəkib.

“Köhlən atlar”ın Bakıdakı avrokubok matçları zamanı şəhid və qazi ailələri, eləcə də fiziki qüsurlu insanlar xüsusi sektorda yer alacaq.

Ağdam təmsilçisi qonaqlar üçün yeni sektor müəyyənləşdirib.

Belə ki, mərkəzdə, media sektorun kənarlarındakı oturacaqlar yuxarıda göstərilən azarkeşlərin ixtiyarına veriləcək.

"Qarabağ" onlara qırmızı örtüklü xüsusi yer ayırdı - FOTO

Artıq həmin sektorlar media lojasından ayrılıb. Bunun üçün məhəccərlər quraşdırılıb, oturacaqlar qırmızı örtüklə üzlənib.

Vəziyyətin belə olması jurnalistlərin fəaliyyətini asanlaşdıracaq. Əvvəlki oyunlar zamanı media sektorda kənar şəxslərə də rast gəlmək mümkün olurdusa, indi yalnız akkreditasiyası olanlar buraxılacaq.

“Qarabağ”ın qələm əhli üçün 120 yer ayırdığını da diqqətə çatdıraq.