Çempionlar Liqası

Günahkar UEFA oldu   

Ötən mövsüm Çempionlar Liqasının finalında – “Liverpul” – “Real” (0:1) qarşılaşmasında yaranan insidentin bütün məsuliyyəti UEFA-nın üzərindədir.

Aut.az xəbər verir ki, belə iddia məsələni araşdıran müstəqil ekspertlərin hesabatında yer alıb. Ekspertlər heyəti belə qənaətə gəlib ki, tədbirin təşkilatçısı kimi, az qala fəlakətə səbəb olan uğursuzluqlara görə əsas məsuliyyət UEFA-nın üzərinə düşür. UEFA hər şeyin işlədiyinə əmin olmaq üçün təhlükəsizliyə nəzarət etməli idi.

Qeyd edək ki, müstəqil hesabatın sifarişçisi qismində UEFA özü çıxış edib.

Xatırladaq ki, Çempionlar Liqasının finalı zamanı sektorun qapılarından biri bağlanmışdı, buna görə yüzlərlə insan sıxılmış vəziyyətdə qalmışdı. İnsanlar hasarların üstündən dırmaşmalı olublar. Bu səbəbdən jandarmlar gözyaşardıcı və bibər qazından istifadə etməli olublar.

Basabasda min nəfərin xəsarət aldığı bildirilir.