Türkiyə

Sərdar “Beşiktaş”ın hədəfində? – Rəsmi açıqlama

“Beşiktaş”ın “Bayer”in hücumçusu Sərdar Azmunla maraqlandığı haqda məlumat yayılıb.

Aut.az xəbər verir ki, klubun baş direktoru Seyşun Kazancı məsələyə  münasibət bildirib. O, bu məlumatı təkzib edib:

“Beşiktaş” Azmunla maraqlanır? Bu məlumat yalandır”.

Qeyd edək ki, daha əvvəl jurnalist İvan Karpov “Beşiktaş”ın Azmunu hədəf aldığını yazıb.

Xatırladaq ki, Azmun 2022-ci ilin yanvarında Sankt-Peterburq “Zenit”indən Leverkuzen “Bayer”inə keçmişdi. Bu mövsüm 28 yaşlı iranlı futbolçu Almaniya Bundesliqasında 10 matçda iştirak edib və qol vurmayıb.

Məlumata görə, Azmun İrandakı etirazları dəstəklədiyi üçün molla rejiminin təzyiqləri ilə üzləşib. O, mətbuata verdiyi açıqlamada türkmən olduğunu və türkləri çox sevdiyini bildirib.