Dünya futbolu

Messi ondan danışdı: Cənnətdən mənə güc verdi

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi ötən il keçirilən Dünya çempionatının finalından danışıb.

Aut.az xəbər verir ki, 35 yaşlı futbolçu deyib ki, çempion olduqdan sonra yaşananlar onu məmnun edib. Leonun finalla bağlı xüsusi arzusu da olub:

“Dünya çempionu olandan yaşananları, şənlikləri, insanların sevincini gördüm. Elə mesajlar var idi ki, oxumağa belə vaxtım yox idi, bu, əsl çılğınlıq idi. Bunların hamısı məni xoşbəxt edirdi. Amma final oyununu hələ izləməmişəm.

Dieqo Maradona həyatda olsaydı, dünüşürəm ki, çempionluq kubokunu mənə o təqdim edərdi. Həmin an çox möhtəşəm foto alınardı. İnanıram ki, cənnətdən hər şey üçün mənə güc verdi”.

Qeyd edək ki, Argentina millisi DÇ-2022-nin finalında Fransa millisini penaltilər seriyasında məğlub edərək dünya çempionu olub.