Dünya futbolu

Təxirə salınan oyunun tarixi açıqlandı

Fransa Liqa 1-in X turundan təxirə salınan “Marsel” – “Lion” oyununun tarixi bəlli olub.

Aut.az xəbər verir ki, qarşılaşma dekabrın 6-da gerçəkləşəcək.

Qeyd edək ki, oktyabrın 29-da keçirilməli olan görüş “Marsel” azarkeşlərinin “Lion”un avtobusuna hücumu səbəbindən baş tutmayıb. Qonaqların baş məşqçisi Fabio Qrosso üzündən xəsarət alıb.