Dünya futbolu

DÇ-98-in çempionları onu danışdırmırlar

Fransa millisinin sabiq yarımmüdafiəçisi, 1998-ci ilin dünya çempionu Emmanuel Petit diqqətçəkən etiraf edib.

Aut.az xəbər verir ki, Petit DÇ-1998-də çempion olan komandanın üzvlərinin, həmin vaxt kapitan olmuş, hazırda isə Fransa millisini çalışdıran Didye Deşamı danışdırmadıqlarını deyib.

Yanvarın 23-də 1998-ci ilin dünya çempionları Parisdə şam yeməyinə toplaşıblar. Deşamın yoxluğu medianın diqqətini çəkib. Petit məsələyə belə aydınlıq gətirib:

“Didye Deşamın kiminlə münasibəti var? Mən bilmirəm. 1998-ci ildə dünya çempionu olmuş komandanın üzvləri onunla xeyli müddətdir ki, ünsiyyət saxlamırlar.

Deşam Marsel Desayi ilə ünsiyyət qururmu? Bəlkə də, bilmirəm. Amma bizimlə əlaqə saxlamır. Belə münasibət qarşılıqlıdır. Heç nə deməməkdən, həqiqəti söyləməməkdən yorulmuşuq. Artıq heç nə deyə bilməyəcəyimiz bir dünyada yaşayırıq”.