Azərbaycan futbolu

“Zirə” macarlara uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” növbəti yoxlama görüşünü keçirib.

Aut.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Macarıstanın “Seqed” klubu ilə qarşılaşıb.

Görüş macarların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Zirə”nin yeganə qolunu 34-cü dəqiqədə Toni Tomeş vurub.