Cinsi təcavüzdə ittiham olunur
“Barselona”nın sabiq futbolçusu, Braziliya millisinin heyətində Qətərdə keçirilən dünya çempionatının iştirakçısı Dani Alves cinsi təcavüzdə şübhəli bilinir
Aut.az xəbər verir ki, bu haqda ABC telekanalı məlumat yayıb. Adı açıqlanmayan qadın 39 yaşlı vəkili cinsi təcavüz ittihamı ilə polisə şikayət edib.
Mənbənin məlumatına görə, hadisə dekabrın 30-da Barselonada gecə klublarından birində baş verib. Zərərçəkənin sözlərinə görə, Dani Alves əlini onun paltarının altına qoyub. Bildirilir ki, zərərçəkmiş şəxs “çox əsəbi” olub və hadisəni dərhal polisə bildirməyib, dostlarının təkidi ilə şikayət edib və izahat yazıb.
Polis hadisə yerinə gələndə Alves artıq gecə klubunu tərk edibmiş. Futbolçunun özü isə hadisə ilə bağlı hər hansı əlaqəni tamamilə inkar edir.
