İngiltərə

Razılaşdılar – 130 milyona

“Benfika”nın yarımmüdafiəçisi Entso Fernandes “Çelsi”yə keçməyə yaxındır.

Aut.az xəbər verir ki, bu barədə portuqaliyalı jurnalist Pedro Almeyda məlumat yayıb.

Onun sözlərinə görə, futbolçunun transferi “mavilər”ə 130 milyon avroya başa gələcək. Londonlular belə qiymət etiketini iki səbəbə görə təklif ediblər: birincisi, oyunçu uğrunda mübarizədə qalib gəlmək, ikincisi, rahat ödəniş cədvəli əsasında razılaşmaq.

Qeyd olunur ki, yarımmüdafiəçi artıq İngiltərənin paytaxtına keçməyə razılaşıb.

Xatırladaq ki, 21 yaşlı Fernandes, Argentina yığması mundialda qalib gəldikdən sonra Avropadan bir sıra təkliflər alıb. O, DÇ-də 7 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Aut.az