Azərbaycan futboluManşet

Niyə o yox, Şahin Diniyev? – “Səbail”dəki təyinatın sirri

Mahmud Qurbanovun istefasından sonra “Səbail”in, 21 yaşadək futbolçulardan ibarət milli komandanın sabiq baş məşqçisi Milan Obradoviçə tapşırılacağı ilə bağlı məlumat vermişdik. “Səbail”dəki mənbə bildirmişdi ki, Obradoviçlə danışıqlar son mərhələdədir və böyük ehtimalla, razılıq əldə ediləcək.

Ancaq bu təyinat baş tutmadı və “Səbail”ə Şahin Diniyev gətirildi. Nə baş verdi ki, klub rəhbərliyi son anda fikrini dəyişdi? Aut.az-ın əldə etdiyi məlumata görə, “Səbail” rəhbərliyi  Obradoviçlə danışıqların son mərhələsində onun qarşısında şərt qoyub – Avrokuboklara vəsiqə əldə etmək. Yəni Azərbaycan kubokunu qazanmaq.

Mütəxəssis bunun üçün transferlər tələb edib. Amma klub rəhbərliyi də “bu transferlər imkanımız xaricindədir” deyib. Obradoviç də “belə olanda, avrokuboklara vəsiqə əldə etmək mümkünsüzdür” deyərək, təklifdən imtina edib.

Niyə o yox, Şahin Diniyev? - “Səbail”dəki təyinatın sirri

Bundan sonra rəhbərlik üzünü Şahin Diniyevə tutub. Maraqlıdır ki, Diniyevin də qarşısında eyni – avrokuboklara vəsiqə qazanmaq tələbi qoyulub. Təcrübəli mütəxəssis bu şərtlə razılaşıb. Özü də ciddi transferlər tələb etmədən.  Görünür, Şahin müəllim “Səbail”də böyük potensial görür ki, bu tələbi qəbul edib. Uğur olsun!

 

Aut.az