Dünya futbolu

Tite istefa verdi  

Braziliya millisinin baş məşqçisi Tite istefa verib.

Aut.az TNT Sports-a istinadən xəbər verir ki, Braziliya DÇ-2022-in1/4 finalında Xorvatiyaya məğlub olduqdan dərhal sonra Tite yığmadan getdiyini açıqlayıb.

Xatırladaq ki, hələ DÇ-dən əvvəl də mütəxəssis bildirmişdi ki, Qətərdəki turnir başa çatdıqdan sonra yığmadan getmək niyyətindədir.

Qeyd edək ki, Braziliya 1/4 finalda Xorvatiyaya penalti seriyasında (2:4) məğlub olub.