Onlara heç vaxt uduzmayıblar – Messi olanda
Dekabrın 3-də DÇ-2022-in 1/4 finalının ilk cütlüyü müəyyənləşdi. ABŞ-ı məğlub edən Niderlandla Avstraliyadan üstün olan Argentina bu mərhələdə üz-üzə gələcəklər.
Aut.az “Squawka Football”a istinadla xəbər verir ki, argentinalılar Lionel Messi ilə heç vaxt Hollandiyaya uduzmayıblar. Komandalar cəmi iki görüş keçirib. 2006-cı ildə dünya çempionatının qrup mərhələsində qolsuz heç-heçə qeydə alınıb. 2014-cü ildə dünya çempionatının yarımfinal görüşü də eyni hesabla başa çatıb, argentinalılar penaltilər seriyasında daha uğurlu olublar – 4:2.
Hollandiya – Argentina oyunu dekabrın 9-da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Aut.az
