Ronaldo DÇ-də yeganə futbolçudur – Bu statusda
Dünən, noyabrın 22-də “Mançester Yunayted” Ronaldo ilə müqaviləyə xitam verdi. Sonradan Ronaldo da bəyanat yayaraq qarşılıqlı razılıq əsasında MY-dən ayrıldığını bildirdi.
Aut.az xəbər verir ki, bundan sonra Ronaldo dünya çempionatında yeganə klubsuz futbolçu statusunda oldu.
O, mundialda qol vursa, dünya çempionatının tarixində azad agent kimi fərqlənən ikinci futbolçu olacaq. İlk dəfə bu statusda qol vuran futbolçu Alberto Tarantini olub. Alberto 1978-ci ildə keçirilən mundialda Argentina yığmasının heyətində Peru ilə oyunda (6:0) fərqlənib.
Portuqaliya H qrupunda Uruqvay, Qana və Cənubi Koreya ilə mübarizə aparacaq. Portuqallar DÇ-2022-də ilk oyununu noyabrın 24-də Qanaya qarşı keçirəcək.
Aut.az
