“Şah” uduzdu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının IX – sonuncu mərhələsində növbəti görüşünü keçirib.
Aut.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun V turunda ABŞ-ı təmsil edən Uesli So ilə üz-üzə gəlib. Görüş rəqibin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Məmmədyarov növbəti turda niderlandlı Aniş Giri ilə üz-üzə gələcək. İti zəka sahibi hazırda 3 xalla sonuncu – 8-ci yerdə qərarlaşıb.
Turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 min dollardır.
