Dünya cempionatı

Dəvənin belinə minəndən sonra elə qorxub ki…

İngiltərə millisinin hücumçusu Cek Qriliş komandanın Qətərdə qarşılanma mərasimindən danışıb.

Aut.az “talksport.com”-a istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü öncə dəvə ilə bağlı fikirlərini bölüşüb:

“Hamımıza gül verdilər. Bir dəvə var idi, onun belinə çıxdım. Bir də quş var idi. Hansı quş olduğunu bilmədim. Dəvə tamamilə ayağa qalxdı. O qədər yüksək idi ki, qorxdum. Mən onun üstünə çıxdım, amma bu qədər yüksək olacağını düşünmürdüm. Çox böyük idi”.

Futbolçu daha sonra otaqlarında qarşılaşdıqları mənzərəni şərh edib:

“Otaqlarımızda ailələrimizin fotoları olan çərçivələr var. Ailələrimiz anketləri doldurdular. Onlardan fotoşəkillər və əşyalar göndərmələri istənildi. Axşam saatlarında otaqlarımıza gəldik və şəkilləri gördükdə özümüzü evdəki kimi hiss etdik. Bu, çox yaxşıdır”.