Dünya futbolu

Heç yerdə yarıtmayıb, Ermənistana gələ bilər

Ermənistan millisi tanınan rusiyalı mütəxəssis Leonid Slutskiyə tapşırıla bilər.

Aut.Az xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb.

“Sport-Express” “Rubin” klubundan yeni ayrılan Slutskiylə danışıq aparıb-aparmadıqlarını öyrənmək üçün Ermənistan yığmasının mətbuat katibi Hayk Karapetyanla əlaqə saxlayıb:

“Ermənistan Futbol Federasiyası milli komandanın baş məşqçi postuna axtarış aparır. Proses aktiv mərhələdədir. Ancaq tərəfimizdən mütəxəssislərlə danışıqlar prosesi şərh edilmir”.

Bundan əvvəl Slutskinin “Krasnodar”a rəhbərlik edə biləcəyi bildirilirdi.