10 yaşlı futbolçuları əsas komandaya gətirdi
“Kəpəz”in bugünkü məşqində klubun 10 yaşlılardan ibarət kollektivinin üzvləri İsmayıl Abbasov və Ömər Yusifzadə də iştirak edib.
Autt.Az qərb təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, baş məşqçi Tərlan Əhmədovun təşəbbüsü ilə reallaşıb.
Azyaşlı futbolçular özlərinə kumir bildikləri futbolçularla birlikdə məşq edib, əyləncəli, unudulmaz anlar yaşayıblar.
Məlumatda qeyd olunub ki, Tərlan Əhmədov tərəfindən daim uşaq futboluna diqqət, akademiyanın üzvlərinə etimad göstərilir. Təcrübəli mütəxəssis müxtəlif yaş qrupları üzrə komandaların oyunlarını, məşqlərini izləyir, bəyəndiyi futbolçuların əsas komandanın məşqində iştirakına şərait yaradır.
