Almaniya

O qayıtdı – Bütün Almaniya sevinir

“Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann “Herta” üzərində qələbəni (3:2) şərh edib.

Aut.az xəbər verir ki, Münhen nəhəngi bu qələbədən sonra liderliyə yüksəlib.  Yulian Manuel Noyerin zədədən sonra meydana qayıtması haqda da danışıb:

“Asan olmadı. Öz oyunumuzu göstərə bilmədiyimiz anlar oldu. 3:0 hesabı ilə önə keçəndən sonra sayıqlığı əldən verdik və 2 sürətli qol buraxdıq. Bütün bunlara baxmayaraq, qələbə qazana bildik. Amma işimizi daha asan edə bilərdik.

Noyerin qayıdışı? O, kapitandır və bizim üçün həm meydanda, həm də meydandan kənarda çox önəmlidir. Hələ də dünyanın ən yaxşı qapıçısıdır. Onun qayıtmasına şadıq. Bütün Almaniya Noyerin qayıdışına sevinir”.

Aut.az