O, prezident olacaq? – Xavi “bacarar” deyir
“Barselona”nın baş məşqçisi Xavi komandanın müdafiəçisi Jerar Pikenin gələcəkdə klub prezidenti ola bilmə ehtimalı haqda danışıb.
Aut.az xəbər verir ki, Pike 2 gün əvvəl karyerasını başa vurduğunu bildirib. O, vida videosunda “Spotify Camp Nou”da prezident lojasına tərəf baxıb. Pike dəfələrlə eyham vurub ki, “Barsa”nın prezidenti olmaq istəyir. Xavi “Mundo Deportivo”ya verdiyi açıqlamada belə deyib:
“Pike gələcəkdə “Barselona”nın prezidenti olacaqmı? Jerar hər bir vəzifədə çalışa bilər. Bacarığına, liderliyinə, şəxsiyyətinə görə… Şübhəsiz ki, onun xeyli üstünlükləri var”.
35 yaşlı Pike “Barselona”nın yetirməsidir. O, bu komandada 28 titul qazanıb.
Aut.az
