Avtomobil tapıldı
Neapol polisi “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın oğurlanmış avtomobilini geri qaytarıb.
Aut.az xəbər verir ki, gürcü futbolçunun avtomobili onun evinin yaxınlığındakı dayanacaqdan yoxa çıxıb. Bir gün sonra polis avtomobili Neapol ətrafında tapıb.
Futbolçu yatarkən, evindən maşının açarlarının oğurlandığı bildirilir.
Xviça 2022-ci ilin iyulunda “Napoli”yə keçib. O, Neapol komandasının heyətində keçirdiyi 17 matçda 8 qol vurub, 10 məhsuldar ötürmə edib.
