İngiltərə

“Lids”-“Arsenal” matçında fors-major hadisə

İngiltərə Premyer Liqasının 11-ci turunun “Lids” – “Arsenal” matçında fors-major hadisə baş verib.

Aut.az xəbər verir ki, oyunun keçirildiyi “Elland Roud” stadionunda elektrik enerjisi kəsilib. Hakim görüşü, başlayandan bir neçə dəqiqə sonra dayandırıb.

Elektrik enerjisinin kəsilməsi səbəbindən hakimin VAR köməkçiləri ilə əlaqəsi kəsilib.

Təxminən bir saatdan sonra problem həllini tapıb və hakim oyunu bərpa edib.

Aut.az