Avropa Liqası

“Qarabağ” ehtiyatımızı artırır

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.

Aut.az xəbər verir ki, bu, “Qarabağ”ın Avropa Liqasının G qrupunun 3-cü turunda Yunanıstanda “Olimpiakos” üzərində 3:0 hesablı qələbəsi sayəsində mümkün olub.

Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,500 xal gətirib.

Bu mövsüm xalını 3.000-ə, son 5 mövsümdə isə 15,625-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Polşanın 17,250 xalı var.

Aut.az