Boks

Dünya çempionu öldü

IBF üzrə ağır çəkidə keçmiş dünya çempionu Riki Parki 67 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə məşqçi Aaron Snouell öz “Facebook” səhifəsində məlumat verib.

Amerikalı Riki Parki ağciyər xərçəngindən əziyyət çəkirdi. Ölümə səbəb olan da budur.

Parkey 1981-1994-cü illərdə boksla məşğul olub. O, 42 döyüş keçirib və 22 qələbə qazanıb. Riki 16 dəfə rəqiblərini nokautla üstələyib. 20 döyüşdə də məğlub olub.

Qeyd edək ki, Riki 1986-cı ilin oktyabrından 1987-ci ilin mayına qədər dünya çempionu statusuna sahib olub.

Aut.az