Dünya futbolu

Milli üzvünün qolu qələbə qazandırdı – VİDEO

Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland I Liqasında növbəti oyununa çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda səfərdə “Den Boş”la qarşılaşıb. Görüş “Eyndhoven”in qələbəsiylə başa çatıb – 1:0.

Ozan bu görüşün iştirakçısı olub. Start heyətdə yer alan və 90+1-ci dəqiqədə əvəzlənən cinah yarımmüdafiəçisi komandasının yeganə qoluna imza atıb. O, 55-ci dəqiqədə fərqlənib.

“Eyndhoven” 9 turdan sonra 17 xalla 4-cü sıradadır.

;