Dünya cempionatıDünya futbolu

Şakira Messiyə müraciət etdi: həmişə ürəyimdəsən

2026-cı il Dünya Kuboku finalının fasiləsində çıxış edən məşhur kolumbiyalı müğənni Şakira  Argentina milli komandasına və Lionel Messiyə müraciət edib.

2026-cı il Dünya Kubokunun finalında argentinalılar əlavə vaxtda ispanlara 0:1 hesabı ilə məğlub olublar.

Aut.az xəbər verir ki, Şakira sosial media səhifəsində  yazıb:

“Əziz argentinalılarıma! Sizinlə çox fəxr edirəm. Lionel Messi ən böyükdür. 2026-cı il Dünya Kubokunda  bütün Latın Amerikalıları necə yaxşı təmsil etdiyinizə görə minnətdaram. Həmişə ürəyimdəsiniz!”

Müğənni həmçinin turnirin qaliblərinə də müraciət edib. “İspaniya! Dünya Kubokunda uğuru yenidən sizinlə bölüşməkdən qürur duyuram! Təbrik edirəm!”, – Şakira əlavə edib.

Qeyd etmək lazımdır ki, Şakira həmçinin İspaniyanın turnirin qalibi olduğu 2010-cu il Dünya Kuboku finalının bağlanış mərasimində də çıxış etmişdi.

Aut.az