“Çelsi”nin sahibi əxlaqsızlıqda ittiham olunur
İsveçrəli iş adamı, “Çelsi” futbol klubunun həmtəsisçilərindən biri olan Hansyorq Viss seksual zorakılıqda ittiham olunur.
Aut.az xəbər verirk i, Kaliforniyada yerləşən və 89 yaşlı Vissə məxsus “Halter Ranch” şərabçılıq təsərrüfatının keçmiş əməkdaşı Medison Basbi iş adamını xoşagəlməz davranışlarda və əxlaqsız hərəkətlərdə ittiham edərək məhkəməyə müraciət edib.
30 yaşlı Basbinin iddiasına əsasən, Vissin qeyri-etik davranışları 2019-cu ilin sentyabrında “Halter Ranch” təsərrüfatına etdiyi səfər zamanı başlayıb. Həmin vaxt Vissin qəsdən onun arxasına əl atdığı və ona toxunduğu bildirilir.
Eyni zamanda Basbinin həyat yoldaşı, təsərrüfatın keçmiş meneceri Brays Mallin bildirib ki, Viss Basbidən “seksual xarakterli” fotoları olub-olmadığını soruşub.
İddiada həmçinin 2020-ci ilin aprelində baş tutan növbəti səfərdə Vissin Basbiyə bir neçə dəfə seksual xarakterli təkliflər etdiyi və cütlüyə öz intim münasibətləri ilə bağlı açıq detallarla danışdığı vurğulanır.
Xatırladaq ki, Hansyorg Viss Roman Abramoviçin sanksiyalar səbəbilə “Çelsi”ni satmasından sonra klubun yeni sahibləri arasında yer alıb. O, eyni zamanda tibbi avadanlıqlar istehsal edən şirkətin təsisçisidir və həmin şirkəti 2012-ci ildə “Johnson & Johnson”a 20,2 milyard dollara satmışdı.
“Forbes” jurnalına görə, Vissin hazırkı sərvəti 4,8 milyard dollar təşkil edir.
Auta.z
