Həndbol

Azərbaycanlı federasiya rəsmisi “Beşiktaş”ın oyununa təyinat aldı

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov beynəlxalq oyuna təyinat alıb.

Aut.az xəbər verir ki, o, kişi həndbolçular arasında Avropa kubokunun 1/8 final mərhələsinin “Beşiktaş” (Türkiyə) – “Runar Sanderyord” (Norveç) görüşünün deleqatı olacaq.

Oyun fevralın 22-də İstanbulda keçiriləcək