Dünya futboluDünya cempionatı

Bir xəyal gerçəkləşdi – Ronaldo DÇ-2030 barədə

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarının Portuqaliyada keçirilməsi qərarına münasibət bildirib.

Aut.az xəbər verir ki, dekabrın 11-də FİFA 2030-cu ildə futbol üzrə dünya çempionatının İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcəyini açıqlayıb.

“Bir xəyal gerçəkləşdi! Portuqaliya DÇ-2030-a ev sahibliyi edəcək və bizi qürurlandıracaq. Birlikdə!” – Ronaldo “X” sosial şəbəkəsində yazıb.

Aut.az