İtaliya

Veratti bu qış İtaliyaya qayıdır?

“Əl-Ərəbi”nin yarımmüdafiəçisi Marko Verratti qışda klubunu dəyişə bilər.

Aut.az “Marca”ya istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə İtaliyanın “İnter” klubu maraqlanır.

Verattinin “Əl Ərəbi” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. O, sözləşməni yeniləmək niyyətində deyil. Qətər klubu qış transfer pəncərəsində onu müəyyən pul qarşılığında buraxmağa hazırdır.

Veratti 2024-cü ildə PSJ-dən Qətər klubuna transfer olunub.

Maraqlıdır ki, İtaliya millisinin 32 yaşlı sabiq futbolçusu heç vaxt A seriyasında oynamayıb. 2012-ci ildə B seriyasında çıxış edən “Peskara”dan PSJ-yə keçib.

Aut.az