Azərbaycan futbolu

Elvin Məmmədov: “Bu gün üçün 1 xal bizi sevindirir”

“Səbail” Azərbaycan Premyer Liqasının 13-cü turunda doğma meydanda “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib.

Aut.az xəbər verir ki, Bayıl təmsilçisinin məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Yaxşı oyun oldu. Çalışdıq ki, 4 günlük periodda komandamıza kömək edək. Nə qədər alındı, ya alınmadı sonranın işləridir. Bu gün üçün 1 xal bizi sevindirir.

 Komandada çatışmayan  var?

– Çox nüanslar var. Birinci nüans fiziki durumdur. Bunu düzəltsək, yaxşı yerlərə gələcəyik.

 Davam edəcəksiz?

– Rəhbərliyə təşəkkür edirəm.