Elvin Məmmədov: “Bu gün üçün 1 xal bizi sevindirir”
“Səbail” Azərbaycan Premyer Liqasının 13-cü turunda doğma meydanda “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib.
Aut.az xəbər verir ki, Bayıl təmsilçisinin məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Yaxşı oyun oldu. Çalışdıq ki, 4 günlük periodda komandamıza kömək edək. Nə qədər alındı, ya alınmadı sonranın işləridir. Bu gün üçün 1 xal bizi sevindirir.
– Komandada çatışmayan nə var?
– Çox nüanslar var. Birinci nüans fiziki durumdur. Bunu düzəltsək, yaxşı yerlərə gələcəyik.
– Davam edəcəksiz?
– Rəhbərliyə təşəkkür edirəm.
