Əmin etdi: Avropa çempionatının sürprizi olacaqlar
Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko Ukrayna millisinin qarşıdan gələn Avropa çempionatındakı hədəfləri haqda danışıb.
Aut.az xəbər verir ki, Şevçenko Ukraynanın çempionatın sürprizi olacağını iddia edib:
“Avropa çempionatında məqsədimiz qrupdan çıxmaqdır. Düşünürəm ki, bunu edə bilərik. Turnirin ən gənc komandası olsaq da, şansımız var. Bizim böyük motivasiyamız var, heç vaxt təslim olmayan bir xalq üçün oynayırıq. Ukraynada futbol vasitəsilə verdiyimiz mesaj aydın və güclüdür. Mənim ölkəm nəinki mübarizə aparır, hətta yaşamağa çalışır. Ukrayna Avropa çempionatında sürpriz olacaq”.
Avro-2024-ün qrup mərhələsində Ukrayna Rumıniya, Slovakiya və Belçika milliləri ilə qarşılaşacaq.
Aut.az
