Dünya çempionatı: İsfahan Həsənov yarımfinala yüksəldi
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala yüksəlib.
Aut.az xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda türkiyəli Abdulxaliq Balı məğlub edib – 5:2.
İ.Həsənov daha əvvəl təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi (6:0), 1/8 finalda isə polşalı Şimon Trederi (1:1) üstələmişdi.
