DÇ-2026-nın ən yaxşı qolunu seçdi – Azarkeşlər
Kabo-Verde millisinin müdafiəçisi Sidni Kabralın qolu azarkeşlər tərəfindən 2026-cı il dünya çempionatının ən yaxşısı seçilib.
Aut.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Dünya Kubokunda 1/16 final mərhələsinin Kabo-Verde və Argentina arasında keçirilən matçında Afrika komandası əlavə vaxtda 2-3 hesabı ilə məğlub olub. Sidni 103-cü dəqiqədə qol vurub. Səsvermədə Kabral ikinci və üçüncü yerləri tutan Eldor Şomurodov (Özbəkistan) və Vilson İsidoru (Haiti) geridə qoyub. Həmçinin Kilian Mbappé (Fransa), Lionel Messi (Argentina), Cud Bellinqem (İngiltərə) və Ferran Torres (İspaniya) da mükafat uğrunda mübarizə aparıblar.
Auta.az
