“Sabah”ın rəqibindən qələbə
Azərbaycan təmsilçisi “Sabah”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “KuPS” Finlandiya çempionatının 17-ci turunda növbəti oyununu keçirib.
Aut.az xəbər verir ki, Kuopio təmsilçisi doğma meydanda VPS klubunu 3:1 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra “KuPS” 36 xalla Finlandiya çempionatının turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “KuPS”- “Sabah” matçı iyulun 28-də keçiriləcək. İlk matçda Azərbaycan çempionu 1:0 hesabı ilə qalib gəlib.
