“Qəbələ” “Şəfa” ilə heç-heçə etdi
2026/27 mövsümü üçün hazırlıqları davam etdirən “Qəbələ” və “Şəfa” komandaları yoxlama oyununda qüvvələrini sınayıblar.
Aut.az xəbər verir ki, kollektivlər bu gün Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.
Oyun 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin qolunu İsaak Amoa vurub. Paytaxt klubundan isə İsmayıl Zülfüqarlı fərqlənib.
