Almaniya

Klopp təyinatından dərhal sonra jurnalistləri hədələdi: Belə etsəniz, gedəcəm

Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopp təyinatından sonra fikirlərini bildirib.

Aut.az xəbər verir ki, Klopp almaniya yığmasının onun məşqçilik karyerasında son iş yeri olacağını deyib.

“Məni görmək istəməyəcəyiniz gün heç bir kompensasiya tələb etmədən gedəcəm. Sabah mənim yaxşı olmadığımı desəniz, gedəcəm. Amma bunu yalnız bir nəfər deyil, ictimaiyyət deməlidir.

Almaniya Futbol Assosiasiyası mənim yaxşı olmadığımı desə, gedəcəm. Əgər siz jurnalistlər özünüzü pis aparsanız və ailəmi rahat buraxmasanız, gedəcəm.

Əgər nəsə işləmirsə, məni tənqid edin. Bunun üzərində işləməkdən məmnunam. Əsas məsələ işdir. Milli komandadan sonra karyeramın davam edəcəyini düşünmürəm. İdeal olaraq, bu, karyeramın zirvəsidir”, – deyə Klopp bildirib.

Aut.az