İkardi küsüb: Buna layiq deyildim
“Qalatasaray”la yollarını ayıran Mauro İkardinin klub rəhbərliyinə küskün olduğu iddia edilib.
Aut.az xəbər verir ki, Türkiyə mətbuatına görə, argentinalı hücumçu həm ayrılıq tərzinə, həm də aldığı təklifə görə rəhbərlikdən narazıdır.
“Qalatasaray” rəhbərliyi avqustun 2-də RAMS Park stadionunda “Renn” klubu ilə keçiriləcək oyun öncəsi İkardiyə vida mərasimi təşkil etməyi təklif edib. Lakin futbolçunun bu təklifə hələlik cavab vermədiyi bildirilir.
İkardinin yaxın çevrəsinə “Mənə edilənlərə layiq deyildim. Prezident və məşqçidən çox incidim” dediyi iddia olunur.
Qeyd edək ki, 32 yaşlı futbolçu “Qalatasaray” forması ilə 134 oyunda 77 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. İkardi bu göstərici ilə Georgi Hacini geridə qoyaraq klub tarixinin ən çox qol vuran əcnəbi futbolçusu olub.
Aut.az
