Azərbaycan futboluKonfrans Liqası

“Zirə”nin yarımmüdafiəçisi: “İlk addımı sabah atmalıyıq”

“Zirə”nin yarımmüdafiəçisi Rikardo Martins Konfrans Liqası II təsnifat mərhələsinin “Payde” ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Aut.az portuqaliyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

“Baş məşqçimizin də qeyd etdiyi kimi bizi təcrübəli komandaya qarşı oyun gözləyir. Oyuna yaxşı hazırlaşmışıq. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bunun üçün ilk addımı sabah atmalıyıq”.