Portuqaliyalı hücumçu “Kəpəz”də
“Kəpəz” yeni transferini rəsmiləşdirib.
Aut.az xəbər verir ki, Gəncə təmsilçisi portuqaliyalı hücumçu Azuma Abubakarı heyətinə qatıb. Bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı forvardla mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Portuqaliyalı hücumçunun son klubu Avstriyanın “Lustenau” komandası olub. Abubakar vaxtilə Portuqaliyanın U-19 milli komandasının da şərəfini qoruyub.
