“Barselona”da yeni baş məşqçi
Aleksander Sekuliç “Barselona” basketbol komandasının yeni baş məşqçisi təyin edilib.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətindən verilən məlumata görə, tərəflər 2028-ci ilin yayına qədər əmək müqaviləsi imzalayıb.
48 yaşlı sloveniyalı məşqçi ötən mövsüm “Zenit”də baş məşqçi kimi çalışsa da, uğursuz liqa mövsümü zamanı istefaya göndərilib. Daha sonra Sekuliç “Dubay”a rəhbərlik edərək onları Adriatik Liqasının çempionluğuna aparıb.
Sekuliç 2020-ci ildən Sloveniya milli komandasını da çalışdırır.
Aut.az
