Dünya futbolu

Argentina millisinin baş məşqçi postuna əsas namizəd bəlli oldu

Lionel Skaloni getsə, məşqçilər Marselo Qallardo və Dieqo Simeone Argentina milli komandasını idarə etməyə əsas namizəddirlər.

Aut.az xəbər verir ki, bu barədə sosial mediada insayder Nikolo Şira məlumat verib.

Skaloninin Argentina Futbol Assosiasiyası (AFA) ilə müqaviləsi 2026-cı ilin sonuna qədərdir. Skaloninin müqaviləsi bitməmişdən əvvəl milli komandadan ayrılacağı təqdirdə, yuxarıda adı çəkilən mütəxəssislər onun postunu tumağa əsas namizədlər hesab olunurlar.

Qallardo hazırda işsizdir, Dieqo Simeone “Atletiko Madrid”i idarə edir. Məlumata görə, Simeone AFA-nın ilk seçimidir.

Aut.az