Azərbaycan futbolu

“Sabah” ÇL-də uduzsa, Avroliqadakı rəqibləri bəllidir

Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-ə uduzsa, mübarizəni Avropa Liqasında davam etdirəcək.

Aut.az xəbər verir ki, paytaxt klubu Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya Krayova” (Rumıniya) duelinin məğlubu ilə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Avropa Liqasında bu raundun matçları 6 və 13 avqusta təsadüf edəcək.