Mənə bir şans ver – Sabiq dünya çempionundan Usikə çağırış
Keçmiş dünya çempionu Endi Ruis (35-2-1, 22 KO) keçmiş şəksiz dünya çempionu Aleksandr Usiklə (25-0, 16 KO) döyüşmək istədiyini bildirib
Aut.az xəbər verir ki, o, bu barədə “Fight Hub TV”yə danışıb.
“Sadəcə mənə bir şans ver. O, çox çətin döyüşlərdən keçib. Onu mənimlə döyüşməyə məcbur etmirəm. Buna görə də kəmərlərdən imtina edib – daha çox fürsət əldə etmək üçün. Və biz də bu istiqamətdə irəliləyirik”, – Ruis deyib.
Meksikalı 2019-cu ildə Entoni Coşua üzərində qazandığı möhtəşəm qələbə sayəsində şöhrət qazanıb.
Aut.az
