Avropa Şurasının baş katibi DÇ-2026 haqda: Pul və güc
Avropa Şurasının baş katibi Alen Berset ABŞ prezidenti Donald Trampın 2026-cı il dünya çempionatı zamanı FİFA-nın işinə müdaxiləsini tənqid edən açıq məktub yazıb.
1/8 final mərhələsində Bosniya və Herseqovina ilə oyunda (2-0) qırmızı vərəqə alan ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzası ləğv edilmişdi. Daha sonra o,nun cəzası ləğv edildi və Belçika ilə oyunda (1-4) oynadı. ABŞ prezidenti Donald Tramp bu prosesdə şəxsən iştirak etdiyini təsdiqlədi.
Aut.az xəbər verir ki, Bersetin açıq məktununda deyilir:
“Növbəti böhran artıq başlayıb. Onun iki adı var: pul və güc. Qaydalar təzyiq altında dəyişdirildikdə, istənilən nəticə şübhə altına düşür. Siyasi təsir meydanda da özünü göstərib. Dövlət başçısı FİFA prezidentinə zəng etdikdən sonra sanksiya lğv edilib”.
İsveçrəli siyasətçi həmçinin FİFA-nı bukmekerlərlə bağladığı müqavilələrə görə tənqid edərək, mərcləri “gəlirli insayder ticarəti” adlandırıb.
“Bu, fırıldaqçılıq üçün açıq bir qapıdır. Və bu Dünya Kuboku qapını daha da genişləndirdi”.
Sanksiyalar təzyiq altında, izahat verilmədən ləğv edildi. Hakimlərin nüfuzu sarsıldı”, – Berset yazıb.
Aut.az
