Argentina və İspaniyanın güclü tərəfləri – Venger açıqladı
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger 2026-cı il dünya çempionatının finalçıları olan Argentina və İspaniya haqqında fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, “Cadena Ser” mütəxəssisin sözlərini sitat gətirib:
“İspanlar və argentinalılar digər komandalardan daha güclü idilər. İspaniya əla komanda ruhuna və texniki arsenala malikdir. Hər iki komanda bunda yaxşıdır, amma İspaniya daha texnikidir.
Digər tərəfdən, Argentina zehni cəhətdən daha güclüdür. Bu komandaların həlledici matçda qarşılaşması heyrətamizdir”.
Dünya Kubokunun finalı bu gün, 19 iyulda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Argentina hazırkı dünya çempionudur.
Aut.az
