“Karvan-Yevlax” sabiq futbolçusunu geri qaytardı
“Karvan-Yevlax” klubu “Səbail”dən ayrılan futbolçu Ruslan Voronsovu heyətinə qatıb.
Aut.az xəbər verir ki, bu barədə 1-ciLiqa təmsilçisi məlumat yayıb.
30 yaşlı hücumçu ilə imzalanmış müqavilənin müddəti açıqlanmayıb.
Ruslan Voronsov 2023-cü ildə də Yevlax klubunun formasını geyinib.
