Digər

Ukrayna rusların turnirlərdə iştirakının qarşısını almaq üçün yol tapıb

Ukrayna Rusiya idmançılarının beynəlxalq turnirlərdə iştirakının qarşısını almaq üçün yol tapıb.

Aut.az xəbər verir ki, bunu “Tribuna”ya açıqlamasında ukraynalı idmançı Vladislav Qeraskeviç bildirib.

İdmançı bildirib ki, Ukrayna qarşıdan gələn yarışlara ev sahibliyi edən ölkələrdə rusiyalı idmançılar üçün viza qadağası tətbiq etmək niyyətindədir.

“Bu idmançıların öz ərazilərinə girməsinin qarşısını almaq üçün ölkələrlə işləməliyik və sonra bu məsələni həll edə bilərik”, – deyə o bildirib.

Geraskeviç həmçinin Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyələrinə və Rusiya Olimpiya Komitəsinin (ROK) bərpa edilməsi qərarına qəzəbləndiyini bildirib və qeyd edib ki, onun fikrincə, ROK-un dayandırdığı iddia edilən pozuntular hələ də mövcuddur.

BOK əvvəllər beynəlxalq federasiyalara və beynəlxalq idman tədbirlərinin təşkilatçılarına rusların iştirakına qoyulan məhdudiyyətlərlə bağlı tövsiyələrini ləğv etmişdi. Bundan əlavə, ROK müvəqqəti olaraq bərpa olunmuşdu.

Aut.az