“Qarabağ” Avroliqanın 2-ci təsnifat mərhələsində!
“Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununa çıxıb.
Aut.az xəbər verir ki, təmsilçimiz turnirin 1-ci təsnifat mərhələsində “Vestri” ilə qarşılaşıb.
Azərbaycan təmsilçisi Bakıdakı ilk oyununda İslandiya kollektivini 3:0 hesabıyla üstələmişdi. Ağdam klubu bu uğurun davamını oxşar hesablı qələbə ilə gətirib və növbəti raunda yüksəlib.
“Qarabağ” növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşacaq. Sözügedən komanda “Derri Siti” (İrlandiya) ilə mübarizədən qalib ayrılıb.
“Qarabağ” “Vestri” səddini keçəcəyi halda növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
16 iyul
00:00. Vestri – Qarabağ 0:3
Qollar: Jali Muaddib, 5. Pedro Bikalyo, 29. Zəkəriyyə Savo, 56.
Baş hakim: Marek Radina (Çexiya).
Reykyavik. “Trottarvöllur” stadionu.
“Vestri”: 1. Marvin Darri Steynarsson, 22. Elmar Atli Qardarsson (k), 13. Albert İnqi Yohansson, 3. Edson, 45. Qudmundur Pall Eynarsson, 77. Seriqne Fall, 18. Marino Steynar Haqbardsson, 7. Yakob Stensson, 14. Birkir Eydal, 11. Yohannes Selven, 19. Emmanuel Dua
Baş məşqçi: Daniel Osafo-Badu
“Qarabağ”: 99. Mateuş Koxalski, 5. Bruno Lanqa, 5. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 7. Jali Muaddib, 11. Zakaria Savo
Baş məşqçi: Qurban Qurbanov
