Konfrans Liqası

KL: “Neftçi”nin rəqibi məlum oldu

“Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi məlum olub.

Aut.az xəbər verir ki, birinci turda Şimali Makedoniyanın “Sileks” komandasını iki oyunun nəticəsinə görə üstələyən “Dinamo” (Belarus) “ağ-qaralar”ın növbəti rəqibi olub.

Minsk təmsilçisi ilk oyunda 0:1 hesabıyla uduzub. Cavab matçının əsas və əlavə vaxtı isə belarusluların eynihesablı qələbəsiylə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan “Dinamo” adını II təsnifata yazdırıb.